"Qəbələ" öz yetirməsini icarəyə götürdü - RƏSMİ

"Qəbələ" öz yetirməsini icarəyə götürdü - RƏSMİ

"Qəbələ" akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən "qırmızı-qaralar"ın formasını geyinəcək.

Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.

22 yaşlı sol cinah müdafiəçisisi "Turan Tovuz"dan icarəyə götürülüb.

O, mövsümün sonunadək "Qəbələ"nin uğurları üçün çalışacaq. Karyerası ərzində "Kəpəz"də də çıxış edən Rüfət Əhmədov U-21 millisinin heyətində 9 oyun keçirib.

Qeyd edək ki, "Qəbələ" bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər