"Qəbələ" yeni transferini rəsmən açıqladı

"Qəbələ" yeni transferini rəsmən açıqladı

“Qəbələ” yay fasiləsində daha bir transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Bölgə təmsilçisi Konqo Demokratik Respublikasından olan Natan Monzanqonu heyətinə cəlb edib. Onunla anlaşıb. 1+1 illik müqavilə bağlayıb. 

"Qəbələ" yeni transferini rəsmən açıqladı

25 yaşlı mərkəz müdafiəçisinin son klubu Sloveniya “Bravo”su olub. 

Natan buna qədər “Şole”, “Amyen”, “Pau”, ”Vilfranş” (hamısı Fransa), “Çaykur Rizespor” (Türkiyə) klublarının şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər