"Qəbələ" yeni transfer reallaşdırdı

"Qəbələ" yeni transfer reallaşdırdı

“Qəbələ” heyətinə yeni futbolçu qatıb. 

Fanat.Az "qırmızı-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalanıb. 

32 yaşlı müdafiəçi 2024/25 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinəcək.

O, karyerası ərzində ölkəmizdə “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, Bosniya və Herseqovinada “Çelik”, Şimali Makedoniyada “Şkupi”də çıxış edib. 

Yunuszadə Azərbaycan milli komandasında keçirdiyi 3 oyunda 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər