"Qəbələ" yeni oyunçu transfer etdi

"Qəbələ" yeni oyunçu transfer etdi

Yeni mövsüm üçün daha iddialı komanda qurmağa çalışan “Qəbələ” daha bir futbolçunun keçidini həll edib. Klub “Kuban”ın hücumçusu Əbdülvahid Afolabi ilə müqavilə imzalayıb.

22 yaşlı legionerlə “1+1” şərti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, “Qəbələ” bunadək “Simurq”dan qapıçılar – polşalı David Pieterzkeiviçlə Dmitri Kramarenko, “İnter”dən müdafiəçi Vladimir Levin, orta sahə oyunçuları Nizami Hacıyevlə seneqallı İbrahima Niasse və “Ayaks”ın hollandiyalı sol cinah yarımmüdafiəçisi Lorenzo Ebesilyonu transfer edib.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər