"Qəbələ" Vaqif Cavadovun sabiq klubuna qarşı

"Qəbələ" Vaqif Cavadovun sabiq klubuna qarşı
Türkiyədə təlim-məşq toplanışı keçəcək "Qəbələ"nin daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syomin yetirmələrini həmyerliləri ilə oyunda sınayacaq.
Belə ki, "Qəbələ"nin rəqibi "Volqa" olacaq. Təmsilçimiz Vaqif Cavadovun sabiq klubu ilə yanvarın 22-də qarşılaşacaq. "Volqa" Rusiya Premyer Liqasının 19 turunda 18 xal qazanıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Qeyd edə ki, "Qəbələ" Türkiyədə 7 oyun keçirəcək. Yanvarın 16-da "Konyaspor"la üz-üzə gələcək təmsilçimiz 4 gün sonra Qazaxıstan "Spartak"ını sınağa çəkəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər