"Qəbələ" Premyer Liqanın XXXIV turunda "Bakı"nı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasındakı çempionatda 24-cü matç olacaq.
İndiyədək baş tutan oyunlarda "Bakı"nın böyük üstünlüyü var - 12 qələbə. "Qəbələ" 6 dəfə 3 xala sevinib, 5 oyunda qalib müəyyənləşməyib. Paytaxt təmsilçisinin 27 qoluna bölgə klubu 19 dəfə cavab verə bilib.
Son 5 oyunda meydanı qolsuz tərk etməyən “Qəbələ” bu matçlarda rəqibinə uduzmayıb. Əyalətdəki son 3 qarşılaşmanın hərəsində iki qol vurulub.
Cari mövsümdə baş tutan ilk iki oyunda "Qəbələ" qələbə qazanıb - 2:1, 2:0. Son matç isə 1:1 hesablı qələbə qazanıb.
| 29.10.2006 | Bakı - Gilan (Qəbələ) | 1:0 |
| 18.04.2007 | Gilan (Qəbələ) – Bakı | 0:1 |
| 19.08.2007 | Qəbələ - Bakı | 2:0 |
| 24.02.2008 | Bakı - Qəbələ | 3:0 |
| 09.11.2008 | Bakı - Qəbələ | 3:0 |
| 26.04.2009 | Qəbələ - Bakı | 0:1 |
| 31.10.2009 | Qəbələ - Bakı | 0:2 |
| 13.02.2010 | Bakı - Qəbələ | 2:0 |
| 28.03.2010 | Bakı - Qəbələ | 1:1 |
| 01.05.2010 | Qəbələ - Bakı | 1:0 |
| 22.08.2010 | Bakı - Qəbələ | 2:1 |
| 23.12.2010 | Qəbələ - Bakı | 0:1 |
| 07.08.2011 | Qəbələ - Bakı | 0:0 |
| 26.11.2011 | Bakı - Qəbələ | 2:1 |
| 01.04.2012 | Bakı - Qəbələ | 2:1 |
| 29.04.2012 | Qəbələ - Bakı | 4:0 |
| 04.10.2012 | Bakı - Qəbələ | 1:1 |
| 02.12.2012 | Qəbələ - Bakı | 0:2 |
| 13.04.2013 | Qəbələ - Bakı | 1:1 |
| 09.05.2013 | Bakı - Qəbələ | 0:1 |
| 03.08.2013 | Bakı - Qəbələ | 1:2 |
| 20.12.2013 | Qəbələ - Bakı | 2:0 |
| 16.03.2014 | Bakı - Qəbələ | 1:1 |
Fanat.az