"İki fərqli hissə gördük. İlk hissədə həm hesab, həm oyun bizi qane etdi. İkinci hissədə buraxılan ilk qoldan sonra komanda əsəbi oynadı, oyuna nəzarəti itirdik". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"la oyundan (2:3) sonra "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis müdafiədə səhvlər buraxdıqlarını bildirib: "Müdafiədafiədə diqqətsiz oynadıq, səhvlər məğlubiyyətə gətirdi. Marat İzmaylov ağıllı ötürmələr verir. Daniel Subotiçin ikinci qolunda ötürməni də İzmaylov vermişdi. Ona görə də onu əvəzləmək istəmədim".
Fanat.az