"Qəbələ" üçün yeni namizəd: Petevin yerinə Qriqorçuk?

"Qəbələ" üçün yeni namizəd: Petevin yerinə Qriqorçuk?
İvaylo Petevin "Qəbələ"nin başına açdığı oyunla bağlı xəbər vermişdik. Məlumat üçün xatırladaq ki, Premyer Liqanın bürünc mükafatçısı ilə razılıq əldə edən və hətta komandanın hazırlıq planını hazırlayan bolqar müttəxəssis son anda AEL-lə anlaşdı. Dünənə qədər Petevin gələcəyinə ümid edən "Qəbələ" də artıq əlini hər şeydən üzüb.
Fanat.az xəbər verir ki, bölgə klubu artıq digər namizədləri nəzərdən keçirib. Artıq ilk namizəddə bəllidi. Məlumata görə, "Qəbələ"nin baş məşqçisi postunu tutmağa ən real namizəd Roman Qriqorçukdu. 49 yaşlı ukraynalı mütəxəssisin Odessa "Çernomorets"i ilə müqaviləsi var. Hazırda onunla danışıqlar gedir. Onun "Qəbələ"yə gəlib-gəlməyəcəyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Qriqorçuk 2010-cu ildən "Çernomorets"i çalışdırır. Odessa klubu onun rəhbərliyi altında son mövsümü 5-ci pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb. 2013-cü ildə "Çernomorets"i Ukrayna Kubokunun finalına çıxaraq 49 yaşlı mütəxəssis "Şaxtyor"a uduzaraq, gümüş medal qazanmışdı. Komanda həmin il Super Kubokun finalında da Donetsk təmsilçisinə yenilmişdi.
Qriqorçuk məşqçi karyerası ərzində Latviyanın "Dinaburq", "Ventspils" və Ukraynanın "Metallurq" (Zaporije) klublarını çalışdırıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər