"Qəbələ" üçün 2 Sloveniya, 1 Bolqarıstan klubu

"Qəbələ" üçün 2 Sloveniya, 1 Bolqarıstan klubu
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin hazırlıq prosesi boyunca keçirəcəyi oyunların tarixi və rəqibləri dəqiqləşib. Fanat.az xəbər verir ki, ilk matçda Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa"nı 1:0 hesabilə məğlub edən "qırmızı-qaralar" bu ölkədə daha 3 oyun keçirəcək.
"Qəbələ" sabah Sloveniyanın başqa bir təmsilçisi - "Koper"lə qarşılaşacaq. Bu komanda başa çatan mövsümdə ölkə çempionatının gümüş medallarına sahib çıxaraq, Avropa Liqasına vəsiqə əldə edib.
İyunun 21-də təmsilçimizin rəqibi Bolqarıstan "Botev"i olacaq. Plovdiv təmsilçisi mövsümü 4-cü pillədə başa vurub və Avroliqada mübarizə aparacaq.
"Qəbələ" son oyununu iyunun 26-da "Maribor"a qarşı keçirəcək. Son Sloveniya çempionu ölkəsini Çempionlar Liqasında təmsil edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər