"Qəbələ"nin uğursuz seriyası davam edir. Fanat.az xəbər verir ki, Yuri Syominin başçılıq etdiyi kollektiv 6 turdu qələbəyə həsrət qalıb.
Bölgə təmsilçisi sonuncu dəfə fevralın 19-da qələbəni bayram edib. XXII turun AZAL-la səfər matçında 2:1 hesablı qələbəyə sevinən Syominin yetirmələri bundan sonra 3 oyunda meydanı heç-heçə, 3-də isə məğlubiyyətlə tərk edib.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqasının I dövrəsində aktivinə 16, II dövrəsində 19 xal yazdığı halda, III dövrədə cəmi 9 xala sevinə bilib.
| Dövrə | Q | H/H | M | T/F | X |
| I dövrə | 5 | 1 | 3 | 14-9 | 16 |
| II dövrə | 6 | 1 | 2 | 13-7 | 19 |
| III dövrə | 2 | 3 | 4 | 10-12 | 9 |
| IV dövrə | 0 | 0 | 1 | 0-3 | 0 |
Fanat.az