"Qəbələ" Yannik Kamanan və Omar Kalabane ilə yolları ayırıb. Fanat.az xəbər verir ki, hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Yannik Kamanan 2012-ci ilin yanvar ayından "Qəbələ"nin şərəfini qoruyurdu. Hücumçu bu müddət ərzində qırmızı-qara forma ilə 68 oyuna çıxıb və 18 dəfə fərqlənib.
Omar Kalabane isə "Qəbələ"yə 2012-ci ilin iyul ayında qoşulmuşdu. Qvineyalı müdafiəçi komandanın heyətində 32 oyun keçirib və 2 qola imza atıb.
"Qəbələ" İdman Klubu hər iki futbolçuya təşəkkür edib və gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
Fanat.az