"Qəbələ" təhqiredici pankartlara görə "tərləyəcək"

"Qəbələ" təhqiredici pankartlara görə "tərləyəcək"

AFFA İntizam komitəsi Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilmiş oyunlarda baş vermiş neqativ hallara dair cərimə və cəzaları açıqlayıb. Fanat.az İK-nın qərarlarını diqqətinizə çatdırır:

 

8 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXV turunun “Rəvan” - “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 7  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

 9 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” - “Neftçi” matçının 1, 36, 38, 63-cü  dəqiqələrində “Qəbələ” klubunun  azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

 

 Oyunda “Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün klub 5000 manat cərimə olunub.

 

 7 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının  XXV turunun AZAL - “Simurq” matçında AZAL klubunun 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

 Oyunun 83-cü dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

 

 Oyunun 83-cü dəqiqəsində AZAL klubunun 3 №-li futbolçusu Aleksandr Şemonayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.

 

 7 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun AZAL - “Simurq” matçında AZAL klubunun 4  futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

 Oyunun 87-ci dəqiqəsində “Simurq” klubunun 16 №-li futbolçusu Məhərrəm Hüseynov təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunub.

 

 Oyunun 90+2-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər