"Qəbələ" tacik futbolçu alır?

"Qəbələ" tacik futbolçu alır?

"Qəbələ"nin transfer siyahısında yer alan legionerlərdən birinin adı məlum olub. Fanat.az xəbər verir ki, bölgə təmsilçisi Tacikistan yığmasının müdafiəçisi Davron Erqaşevi heyətinə qatmaq istəyir.

Hazırda Qazaxıstanın "Jetısu" klubunun formasını geyən müdafiəçinin "Qəbələ" ilə danışıqlar apardığını iddia edilib. Futbolçunun agenti Aleksandr Frank isə Davronu heyətində görmək istəyənlərin sayının çox olduğunu bildirib. Onun sözlərinə görə, “Jetısu” da Erqaşevlə müqaviləni uzatmaq istəyir. Bundan başqa isə Qazaxıstanın “İrtış” klubu da bu futbolçunun xidmətində maraqlıdı.

Lakin "Qəbələ" xəbəri təzib edib. Klub rəsmiləri bu futbolçu ilə maraqlanmadıqlarını bildiriblər.

Qeyd edək ki, Davron “Jetısu”dən əvvəl vətənində “Reqar-TadAZ” və “İstiqlal”ın şərəfini qoruyub. O, 2008-ci ildək çıxış etdiyi Tacikistan yığmasında 27 oyun keçirib və 2 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər