Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün beşinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syominin yetirmələrini "Volqa" (Nijni Novqorod) ilə oyunda sınayıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
"Volqa" 1963-cü ildə yaradılıb. 2011-ci ildən Premyer Liqada çıxış edən komandada 2011-2012 mövsümündə Vaqif Cavadov forma geyinib. Hazırda Nijni Novqorod təmsilçisində Moldova, Belarus, Xorvatiya, Rumıniya, Yamayka, Konqo, Estoniya və Braziliyadan ligionerlər çıxış edir. Yuri Kalitvintsevin başçılıq etdiyi komanda Premyer Liqanın ilk dövrəsini 12-ci pillədə başa vurub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Antalyada "Maltepespor" (Türkiyə) və "Spartak"la (Qazaxıstan) sülh bağlayıb (hər ikisi 1:1), "Tobol"u (Qazaxıstan) udub (2:1), "Konyaspor"a (Türkiyə) uduzub (2:4).
Yoxlama oyunu
22 yanvar
Qəbələ (Azərbaycan) - Volqa (Rusiya) 0:0
Qəbələ: Ruslan Tağızadə, İbrahima Niasse, Elnur Allahverdiyev, Rafael Santos, Nuran Qurbanov, Dodo, Nizami Hacıyev, Leonardo, Yannik Kamanan, Viktor Mendi.
Fanat.az