Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ikinci yoxlama oyununa çıxıb. Fanat.az xəbər verir ki, rəqib yenə yerli komanda olub.
Belə ki, "Qəbələ" Sloveniyanın "Koper" klubu ilə qarşılaşıb. Oynu ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ" Sloveniyadakı ilk oyununu III liqa klubu "Stoynitsa"ya qarşı keçirib və 1:0 hesabı ilə yenilib. Dorinel Muntyanu baş məşqçi postuna gətirən komanda iyunun 21-də Bolqarıstanın "Botev", 26-da Sloveniyanın "Maribor" klubları ilə qarşılaşacaq.
"Qəbələ"nin bu günkü rəqibi "Koper" 1920-ci ildə yaradılıb. 94 yaşlı klubu 2 dəfə Sloveniya Respublika Kubokunu, 2 dəfə ölkə kubokunu bir dəfə Superkubokunu qazanıb. 2009/10 mövsümündə çempion olan komanda 2013/14 mövsümünü ikinci pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazanıb. "Koper"ə italyan mütəxəssis Rodolfo Vanoli başçılıq edir.
Yoldaşlıq oyunu
18 iyun
21.00 Koper (Sloveniya) - Qəbələ (Azərbaycan) 1:0
Qəbələ: Anar Nəzirov, Ruslan Əmircanov, Vladimir Levin, Rafael Santos, Ürfan Abbasov, Murad Teymurov, Ruslan Tağızadə, Dodo, Elvin Camalov, Nizami Hacıyev, Viktor Mendi.
Fanat.az