"Qəbələ" Sloveniyada ilk məşqinə çıxdı

"Qəbələ" Sloveniyada ilk məşqinə çıxdı
Təlim-məşq məqsədi ilə dünən Sloveniyaya yollanan "Qəbələ" bu gün ilk məşqinə çıxıb. Fanat.az xəbər verir ki, məşqçi Sənan Qurbanovun başçılığı altında baş tutan hazırlıq prosesində komanda əsasən topsuz çalışmalar yerinə yetirib. 
"Qəbələ" hazırlığını gündəlik 2 məşqlə davam etdirəcək. Hazırda düşərgədə yer almayan Kamran Ağayev, Rail Məlikov, Elnur Allahverdiyev, Daniel Subotiç və Viktor Mendi iyunun 15-də heyətə qoşulacaq. Elə həmin gün "qırmızı-qaralar" Sloveniyada ilk sınaq oyununa çıxacaq. Komanda Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa" ilə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər