"Qəbələ" serb yarımmüdafiəçisini itirdi

"Qəbələ" serb yarımmüdafiəçisini itirdi
"Qəbələ" "Bakı" ilə matça tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syomin 26-cı turun oyununda Nikola Valentiçin xidmətindən yararlana bilməyəcək.
Belə ki, serb yarımmüdafiəçi cəzalı duruma düşüb. "Neftçi" ilə matçın 6-cı dəqiqəsində perspektivli hücumun qarşısını kəsdiyinə görə cəzalanıb və sarı vərəqə limitini doldurub. Valentiç bundan əvvəl "Xəzər Lənkəran"la oyunlarda 2, "Sumqayıt"la matçda 1 "sarı" almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər