"Qəbələ" Rusiya yığmasının kapitanını alır?

Marat İzmayılovu "Portu"dan icarəyə götürən "Qəbələ" daha bir rus ulduzu heyətinə qata bilər. Fanat.az xəbər verir bu barədə "Sovetskiy Sport" məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçinin 2008-ci ildən çıxış etdiyi "Zenit"i tərk etmək ehtimalı var. "Sovetskiy Sport" onun karyerasını davam etdirə biləcəyi 5 variantı açıqlayıb. Bunlardan biri isə "Qəbələ"di: "Axı niyə də yox? Yaşlı futbolçular tez-tez ekzotik ölkələrə futbol oynamağa yollanır. "Qəbələ"də Roman birinci ulduz olacaq, Yuri Syominin rəhbərliyi altında məşq edəcək və İzmaylovla bir "bağda" oynayacaq". 

Qeyd edək ki, Şirokov 2008-ci ildən çıxış etdiyi "Zenit"də 192 oyun keçirib və 43 qol vurub. 32 yaşlı yarımmüdafiəçi Sankt-Peterburq klubunun heyətində 2 dəfə Rusiya çempionu (2010, 2011/12), ölkə kubokunu (2010), Superkubokunu (2008, 2011) və UEFA Kubokunu (2008) qazanıb.

Roman əvvələr ÇSKA, "Torpedo-ZİL", "İstra", "Saturn", "Rubin" və "Ximki" klublarında çıxış edib. 2008-ci ildən milli komandaya dəvət alan futbolçu 40"Qəbələ" Rusiya yığmasının kapitanını alır?

Marat İzmayılovu "Portu"dan icarəyə götürən "Qəbələ" daha bir rus ulduzu heyətinə qata bilər. Fanat.az xəbər verir bu barədə "Sovetskiy Sport" məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçinin 2008-ci ildən çıxış etdiyi "Zenit"i tərk etmək ehtimalı var. "Sovetskiy Sport" onun karyerasını davam etdirə biləcəyi 5 variantı açıqlayıb. Bunlardan biri isə "Qəbələ"di: "Axı niyə də yox? Yaşlı futbolçular tez-tez ekzotik ölkələrə futbol oynamağa yollanır. "Qəbələ"də Roman birinci ulduz olacaq, Yuri Syominin rəhbərliyi altında məşq edəcək və İzmaylovla bir "bağda" oynayacaq". 

Qeyd edək ki, Şirokov 2008-ci ildən çıxış etdiyi "Zenit"də 192 oyun keçirib və 43 qol vurub. 32 yaşlı yarımmüdafiəçi Sankt-Peterburq klubunun heyətində 2 dəfə Rusiya çempionu (2010, 2011/12), ölkə kubokunu (2010), Superkubokunu (2008, 2011) və UEFA Kubokunu (2008) qazanıb.

Roman əvvələr ÇSKA, "Torpedo-ZİL", "İstra", "Saturn", "Rubin" və "Ximki" klublarında çıxış edib. 2008-ci ildən milli komandaya dəvət alan futbolçu 40 oyunda 12 qol vurub və hazırda kapitan sarğısını daşıyır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər