"Qəbələ" - "Xəzər Lənkəran": 25-ci dəfə

"Qəbələ" - "Xəzər Lənkəran": 25-ci dəfə
"Qəbələ" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Xəzər Lənkəran"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu tərəflər arasında 25-ci qarşılaşma olacaq.
Komandalar indiyədək Premyer Liqada 22, Azərbaycan Kubokunda 2 oyun keçirib. "Xəzər Lənkəran" Premyer Liqada 12, "Qəbələ" 5 qələbə qazanıb, 5 matçda qalib müəyyənləşməyib. Top fərqində də lənkəranlıların böyük üstünlüyü var - 31:19.
6 ilk əvvəl rəqiblər yenə kubokun yarımfinalında qarşılaşıb. İlk oyunda qələbə qazanan (3:1) Lənkəran təmsilçisi cavab matçında heç-heçə edərək (1:1) finala çıxıb və kuboku başı üzərinə qaldırıb.
Premyer Liqa və kubok çərçivəsində baş tutan 25 oyundan 13-də "Xəzər Lənkəran", 5-də "Qəbələ" gülən tərəf olub, 6 matçda qalib müəyyənləşməyib. Top fərqi - 35:21.
Komandalar cari mövsümdə Premyer Liqada 4 dəfə qarşılaşıb. Bu oyunlarda "Xəzər Lənkəran" 2, "Qəbələ" 1 qələbə qazanıb, 1 matçda tərəflər hərəyə 1 xal qazanıb. Top fərqi - 4:4.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk və hələlik son çempionluq sevincini 2006/07 mövsümündə həmin vaxt "Gilan" adlanan klub üzərində qələbə qazanaraq elan edib.
2006/07 mövsümü
Xəzər Lənkəran - Gilan 4:0
Gilan - Xəzər Lənkəran 0:3
2007/08 mövsümü
Xəzər Lənkəran - Qəbələ 2:1
Qəbələ - Xəzər Lənkəran 1:1
2007/08 Azərbaycan kuboku (yarımfinal)
Qəbələ - Xəzər Lənkəran 1:3
Xəzər Lənkəran - Qəbələ 1:1
2008/09 mövsümü
Qəbələ - Xəzər Lənkəran 0:1
Xəzər Lənkəran - Qəbələ 1:2
2009/10 mövsümü, təsnifat mərhələsi
Qəbələ - Xəzər Lənkəran 1:1
Xəzər Lənkəran - Qəbələ 1:0
2009/10 mövsümü, final mərhələsi
Xəzər Lənkəran - Qəbələ 4:1
Qəbələ - Xəzər Lənkəran 1:2
2010/11 mövsümü, təsnifat mərhələsi
Xəzər Lənkəran - Qəbələ 1:0
Qəbələ - Xəzər Lənkəran 1:0
2011/12 mövsümü, təsnifat mərhələsi
Xəzər Lənkəran - Qəbələ 2:1
Qəbələ - Xəzər Lənkəran 2:1
2011/12 mövsümü, final mərhələsi
Qəbələ - Xəzər Lənkəran 0:1
Xəzər Lənkəran - Qəbələ 1:1
2012/2013 mövsümü, təsnifat mərhələsi
Xəzər Lənkəran - Qəbələ 1:1
Qəbələ - Xəzər Lənkəran 2 0
2013/2014 mövsümü, I dövrə
Qəbələ - Xəzər Lənkəran 2:0
2013/2014 mövsümü, II dövrə
Xəzər Lənkəran - Qəbələ 0:0
2013/2014 mövsümü, III dövrə
Qəbələ - Xəzər Lənkəran 2:3
2013/2014 mövsümü, IV dövrə
Xəzər Lənkəran - Qəbələ 1:0
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər