"Qəbələ" "Tobol"dan üstün oldu

"Qəbələ" "Tobol"dan üstün oldu
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Yuri Syomin yetirmələrini Qazaxıstanın "Tobol" ilə oyunda sınayıb.
Matç ilk hissəsi "Qəbələ"nin açıq üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi "qırmızı-qaralar" fasiləyə 2:0 hesablı üstünlüklə yollanıblar. 18 dəqiqədə Daniel Subotiçin, 23-cü dəqiqədə isə Viktor Mendi rəqibi məyus edib. İkinci hissəyə fəqrli heyətlə çıxan "Qəbələ" yenə topa nəzarət edən tərəf olsa da, fərqlənməyi bacarmayıb. Əvəzində Qazaxıstan təmsilçisi 90-cı dəqiqədə penalti zərbəsindən hesab arasında fərqi azaldıb - 2:1. Bu matçda vurulan son qol olub və "Qəbələ" ikinci sınaq oyunundan qələbə ilə ayrılıb.
"Qəbələ" hər iki hissədə fərqli heyətlə oynayıb:
I hissə: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, İbrahima Niasse, Nizami Hacıyev, Rafael Santos, Dodo, Daniel Subotiç, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi. 
II hissə: Anar Nəzirov, Nikola Valentiç, Murad Musayev, Davron Erqaşov, Vladimir Levin, Ürfan Abbasov, Deyan Kelhar, Şirməhəmməd Məmmədov, Lorival Assis, Müşfiq Teymurov, Elvin Camalov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər