"Qəbələ" "Spartak"la sülh bağladı

"Qəbələ" "Spartak"la sülh bağladı
Antalyada təlim-məşq tlplanışında olan “Qəbələ” bu gün dördüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Yuri Syominin yetirmələrini Qazaxıstanın "Spartak" klubu ilə oyunda sınayıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. İlk qolu Qazaxıstan təmsilçisi vurub. 66-cı dəqiqədə isə Leonardo Silva penaltini dəqiq yerinə yetirərək bərabərliyi təmmin edib.
 
Qeyd edək ki, Antalyada bundan əvvəl "Qəbələ" əvvəlki üç yoxlama oyununda "Maltepespor"la heç-heçə edib (1:1), "Tobol" udub (2:1), “Konyaspor”a uduzub (2:4).
Yoxlama oyunu
20 yanvar
 
Qəbələ (Azərbaycan) - Spartak (Qazaxıstan) 1:1
Qollar: Leonardo Silva, 66-pen.
I hissə: David Petrkeviç, Ruslan Tağızadə, Elnur Allahverdiyev, İbrahima Niasse, Nizami Hacıyev, Rafael Santos, Dodo, Davron Erqaşov, Nuran Qurbanov, Yannik Kamanan, Viktor Mendi. 
II hissə: Anar Nəzirov, Müşfiq Teymurov, Vladimir Levin, Deyan Kelhar, Şirməhəmməd Məmmədov, Murad Musayev, Nikola Valentiç, Elmar Baxşıyev, Lorival Assis, Leonardo da Silva, Abdulvahid Afolabi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər