"Qəbələ" "Şəfa" ilə matçda bu oyunçunun xidmətindən məhrumdur

"Qəbələ" "Şəfa" ilə matçda bu oyunçunun xidmətindən məhrumdur

Misli Premyer Liqasının (MPL) 2-ci turu çərçivəsində sabah "Şəfa" ilə oynanılcaq matçda "Qəbələ"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Bu barədə Fanat.Az-a "radarlar"ın sözçüsü Şair Abdulla məlumat verib:

"Hazırda heyətdə zədəli futbolçu yoxdur. Cəzalılara gəlincə, ötən mövsümün sonunda 4 matçlıq diskvalifikasiya olunan Asif Məmmədov bu matçı da buraxacaq. Onun hələ bir oyunluq cəzası qalır. Asifi nəzərə almasaq, komanda "Şəfa" ilə qarşılaşmaya demək olar ki, optimal heyətlə hazırlaşır".

Qeyd edək ki, tərəflər arasında oyun avqustun 22-də keçiriləcək. Matç saat 18:30-da başlayacaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər