"Qəbələ" "Rubin"in sabiq futbolçusunu heyətinə qatdı

"Qəbələ" "Rubin"in sabiq futbolçusunu heyətinə qatdı

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətini "Rubin"də (Rusiya) oynamış futbolçu ilə gücləndirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Samir Həsənovun keçidini gerçəkləşdirib.

21 yaşlı müdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb. Samir Həsənov Rusiya klubundan başqa, “Neftçi”nin də formasını geyinib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər