"Qəbələ" "Rəvan"ın seriyasını qırdı

"Qəbələ" "Rəvan"ın seriyasını qırdı

"Qəbələ" "Rəvan"ın seriyasını qırıb. Fanat.az xəbər verir ki, "sarı-qırmızılar" 6 oyundan sonra evdə yenilib.

Belə ki, "Rəvan" sonuncu dəfə evdə avqustun 25-də keçirilən IV tur oyununda "İnter"ə 1:5 hesabı ilə yenilmişdi. Bundan sonra "Qarabağ" (VI tur, 1:1), AZAL (VIII tur, 0:0), "Xəzər Lənkəran" (IX tur, 1:1), "Bakı" (XI tur, 0:0) və "Suiqayıt"la (XIII tur, 1:1) oyunlarda Bakı təmsilçisi meydandan 1 xalla ayrılmışdı. Bir sözlə "Rəvan" 96 gün sonra evdə məğlubiyyət acısı yaşayıb.

Qeyd edək ki, ev oyunlarındakı ardıcıl 5 heç-heçədən 3-də Vladislav Qədirov, 2-də Şahin Diniyev komandaya başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər