Qəbələ Futbol Akademiyası 2013/14 mövsümünün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır. Fanat.az xəbər verir ki, 14 yaşadək futbolçulardan ibarət komanda sentyabrın 18-dən 23-dək İspaniyanın paytaxtı Madriddə dünyanın tanınmış klublarının iştirakı ilə təşkil olunacaq ənənəvi beynəlxaq turnirdə çıxış edəcək.
Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun adını daşıyan turnirdə 13 ölkənin 24 komandası 4 qrupda mübarizə aparacaq. "Qəbələ" turnirə ev sahibliyi edən Madrid "Real"ı ilə eyni qrupda yer alıb. Oyunlar "San Roke" (1-ci qrup), "Alkobendas", "Kanilyas" və "San Sebastyan" stadionlarında keçiriləcək.
Komanda Madriddə dördulduzlu "Amura" otelində məskunlaşacaq və sentyabrın 19-da ilk məşqinə çıxacaq. İspaniyaya yollanacaq nümayəndə heyətinə Qəbələ Futbol Akademiyasının direktor müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fıçıcı, məşqçilər Sərdar Qafarov, Uğur Kurt, həkim İlkin İslamov, inzibatçı Elşən Səmədli və 18 futbolçu daxil ediləcək. Qeyd edək ki, "Qəbələ" Madriddə olduğu günlərdə "Real" - "Xetafe" oyununu stadionda izləmək imkanına malik olacaqlar. "Qəbələ" İspaniyaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq:
Qapıçılar: Murad Cəfərov, Fərman Bayramov.
Müdafiəçilər: Vüsal Məsimov, Fəqan Məsimov, İzzət Müştaqov, Arsen Ağcabəyov, Bəşir Aylarov.
Yarımmüdafiəçilər: Nizami Səmədov, Tolqar Yaqubov, Samir Ağakişiyev, Davud Mahmudov, Rəşid Manafov, Fikrət Tağıyev, Rəşad Tağıyev, Elcan Hafizli.
Hücumçular: Məhəmməd Abbaslı, Təbriz İsazadə, Kamran Quliyev.
Turnir iştirakçıları aşağıdakı qruplarda mübarizə aparacaqlar:
I qrup
Qəbələ (Azərbaycan)
Real (Madrid, İspaniya)
Los Anceles Akademiyası (ABŞ)
Akademika Koimbra (Portuqaliya)
Jef Yunayted (Yaponiya)
IFK Stoksund (İsveç)
II qrup
Ayaks (Hollandiya)
Verder (Almaniya)
Atletiko (Madrid, İspaniya)
Brommapoykarna (İsveç)
Çivas (ABŞ)
Alkobendas (İspaniya)
III qrup
Yuventus (İtaliya)
Kombinado (Marsel, Fransa)
Fillinqsdalen (Norveç)
Den Haaq (Hollandiya)
Şandonq Lusenq (Çin)
Kanilyas (İspaniya)
IV qrup
Barselona (İspaniya)
Fulhem (İngiltərə)
Kapillan Pallo (Finlandiya)
Straykers Akademiyası (ABŞ)
AİK (İsveç)
Sans (İspaniya)
Fanat.az