Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab görüşündə "Qarabağ"la qarşılaşacaq "Qəbələ" dünən paytaxtda - Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqinə çıxıb. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Hazırlıq prosesində zədəsi olan Dieqo Silva, Rafael Santos, Omar Kalabane, Nikola Valentiç və Kamran Ağayev yer almayıb. Adıçəkilən futbolçularla yanaşı, cəzalı Elnur Alahverdiyev də "Qarabağ"la oyuna çıxmayacaq.
Fanat.az