"Qəbələ" "Neftçi" üçün hazırlaşır

"Qəbələ" "Neftçi" üçün hazırlaşır
Topaz Premyer Liqasının IX turunda doğma meydanda "Neftçi"ni qəbul edəcək "Qəbələ" matçın hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, dünən baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. 
Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub. Məşqdə hazırda bərpa prosesi keçən Rail Məlikov və yüngül zədəsi olan Omar Kalabane iştirak etməyib.
Xatırladaq ki, "Qəbələ"-"Neftçi" oyunu oktyabrın 4-ü saat 16.00-da start götürəcək. Matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər