"Qəbələ" - "Neftçi" oyunu qalmaqallı hakimə tapşırıldı

"Qəbələ" - "Neftçi" oyunu qalmaqallı hakimə tapşırıldı

Premyer Liqanın IX turunun oyunlarına təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, turun mərkəzi qarşılaşması hesab olunan "Qəbələ" - "Neftçi" oyunu Rauf Cabbarova tapşırılıb. Ötən mövsüm adı bir sıra qalmaqallarda hallanan Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovun oğlunun belə bir gərgin qarşılaşmaya təyinat alması başa düşülən deyil.

Turun digər önəmli qarşılaşması olan "Qarabağ" - "Bakı" görüşünü Əliyar Ağayev idarə edəcək. Başqa bir FİFA referisi Rəhim Həsənov "Sumqayıt" - "İnter" matçında fit çalacaq. "Rəvan" - "Xəzər Lənkəran" oyununu Elvin Əsgərov, AZAL - "Simurq" qarşılaşmasını Ramil Diniyev idarə edəcək.

Sabiq FİFA referisi Vüsal Əliyev ardıcıl ikinci dəfə baş hakim kimi təyinat almayıb. Həmçinin ötən tur "Simurq" - "Qəbələ" oyununu idarə etmiş Fariz Yusifov da bu tur oyun verilməyib. Həm Əliyev, həm də Yusifov əlavə köməkçi hakim kimi təyinat alıb.

4 oktyabr

Qəbələ - Neftçi

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Namiq Hüseynov, Namiq Bəkirov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Qürbət Həsənov.

Hakim-inspektor: Əli Hüseynov.

Qəbələ şəhər stadionu. Saat 16.00.

Sumqayıt - İnter

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16.00.

AZAL - Simurq

Hakimlər: Ramil Diniyev, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Hüseynli.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

"AZAL Arena". Saat 18.00.

Rəvan - Xəzər Lənkəran

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Zeynal Zeynalov, Mahir Məmmədov.

Əlavə köməkçi hakimləri: Fariz Yusifov, Ramil Əhmədov.AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Asim Xudiyev.

"Bayıl Arena". Saat 18.00.

Qarabağ - Bakı

Hakimlər:  Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Fazil Mürşüdov.

T.Bəhramov adına Respublika stadionu. Saat 20.00.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər