"Qəbələ" "Liverpul"u Azərbaycana gətirir

"Qəbələ" "Liverpul"u Azərbaycana gətirir
Qəbələdə 15 yaşadək futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, dəvət alan daha bir klub - İngiltərə "Liverpul"u turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. 
Xatırladaq ki, buna qədər "Fənərbaxça" (Türkiyə) və "Lokomotiv" (Moskva, Rusiya) III Qəbələ Kubokunda iştirak  barədə rəsmi razılıq vermişdi.  29 may - 1 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər