"Qəbələ" "Atletiko" və "Arsenal"ın sabiq üzvünü alır

"Qəbələ" "Atletiko" və "Arsenal"ın sabiq üzvünü alır
"Qəbələ" heyətinə braziliyalı futbolçu qatır. Fanat.az xəbər verir ki, Yuri Syomin Rafael Santosu ölkəmizə gətirir.
 
Tam adı Rafael Alves dos Santos olan futbolçu 1984-cü ildə doğulub. 187 sm boya malik arxa xətt oyunçusunun son klubu Ukrayna "Arsenal"ı olub. O, 2012-ci ildəq çıxış etdiyi klubda 24 oyuqn keçirib.
Santos bundan başqa Braziliyanın "Ponte-Preta", "İnternasional", "Atletiko Paranaense", "Vitoriya", "XV de Pirakikaba" və İtaliyanın "Bolonya" klublarında top qovur. 
 
"Qəbələ"nin Rafael Santosla artıq iki illik müqavilə barədə razılığa gəldiyi bildirilir. Tərəflərin müqaviləyə tibbi müayiənədən sonra imza atması gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər