Dünyaca ünlü London "Arsenal"ı bu il Azərbaycana gələcək. Fanat.az xəbər verir ki, bu işdə təşəbbüs "Qəbələ" klubundan gəlib.
Daha da konkretləşdirsək, Qəbələ klubunda prezident Tale Heydərovun müşaviri vəzifəsində çalışan, uzun illər "Arsenal"ın kapitanı olmuş Toni Adams öz nüfuzundan istifadə edərək, təşkilatçılığı üzərinə götürüb. Düzdü, hələ ki, London klubu ilə danışıqlara başlanılmayıb. Ancaq bir ideya olaraq, bu oyunu Azərbaycanda təşkil etmək irəli sürülüb və "Qəbələ" klubu 2014-cü ildə bunu həyata keçirmək üçün əməli fəaliyyətə başlayıb.
rekord.az