"Qəbələ" "Araz-Naxçıvan"a qarşı neçə əskiklə mübarizə aparacaq?

"Qəbələ" "Araz-Naxçıvan"a qarşı neçə əskiklə mübarizə aparacaq?

Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Qəbələ"nin oyuna neçə itki ilə çıxacağı bəlli olub.

Bu Barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib: 

"Cəzalı oyunçumuz yoxdur. Almaniyalı müdafiəçi Eduardo Kunde zədə səbəbindən oyunu buraxacaq. Kunde artıq məşqlərə başlasa da, bu görüşdə meydana çıxması nəzərdə tutulmayıb".

Qeyd edək ki, "Qəbələ" - "Araz-Naxçıvan" qarşılaşması noyabrın 30-da keçiriləcək. Matçın start fiti 16:30-da səsləndiriləcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər