"Qəbələ" "Allianz Arena"da

"Qəbələ" "Allianz Arena"da

İyulun 23-ü baş tutan "Qəbələ"-"Gənclərbirliyi" (3:1) sınaq matçından sonra Yuri Syomin komandasına birgünlük istirahət verib. İstirahəti yoxlama oyununun baş tutduğu Almaniyanın Münhen şəhərində keçirən "Qəbələ" günün ikinci yarısında "Allianz Arena"ya yollanıb. Bu dəfə tamaşaçı qismində yer alan "qırmızı-qaralar" "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) yoxlama matçını izləyiblər. Qarşılaşma meydan sahiblərinin 2:0-lıq qalibiyyəti ilə tamamlanıb.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər