"Qəbələ": "Ağ yalandı"

"Qəbələ": "Ağ yalandı"

Rumınya mətbuatında Premyer Liqanın ilk turu çərçivəsində keçirilmiş "İnter" - "Qəbələ" matçından sonra qonaq komandanın paltardəyişmə otağında futbolçulardan birinin baş məşqçi Dorinel Muntyanuu döyməsi haqda xəbərə "Qəbələ"dən münasibət bildirilib. Fanat.az-la əlaqə saxlayan klubun mətbuat katibi Anar Hacıyev informasiyanın kökündən yalan olduğunu bildirib.

Klub rəsmisi fikirlərini bu cür əsaslandırıb: "Şəfa" stadionunda qonaq komandanın paltardəyişmə otağı jurnalistlərə ayrılan sektora olduqca yaxındı. Rumınların yazdığına hətta yaxın bir hadisə yaşansaydı azərbaycanlı media təmsilçiləri mütləq səs-küyü eşidərdilər. Əksinə, bizdə intizam məsələsi ən yüksək səviyyədədi. Komandamızdakı ab-havaya da söz ola bilməz. Bir məqama da diqqətinizi yönəltmək istəyirəm: II turda "Araz Naxçıvan"ın qapısına vurulan yeganə qoldan sonra bütün komanda üzvlərimiz sevinclərini baş məşqçi Muntyanu ilə bölüşməyə tələsdi. Göründüyü kimi rumınların yazdıqları ağ yalandı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər