"Qəbələ" qələbə ilə başladı

"Qəbələ" qələbə ilə başladı
Sloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ" hazırlıq çərçivəsində ilk sınaq oyununu keçirib. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa" ilə üz-üzə gəlib. 
"Qəbələ" meydançaya bu start heyəti ilə çıxıb: Anar Nəzirov, Vladimir Levin, Ürfan Abbasov, Ruslan Əmircanov, Dodo, Müşfiq Teymurov, Elvin Camalov, Murad Musayev, Ruslan Tağızadə, Sadiq Quliyev, Nizami Hacıyev.
Matçın taleyini bir qol həll edib. Nizami Hacıyevin qarşılaşmanın 76-cı dəqiqəsində topu rəqib qapısına göndərib. Beləliklə, "Qəbələ" Sloveniya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda 1:0 hesablı qələbə qazanıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər