"Qəbələ" qapıçısı ilə vidalaşdı

"Qəbələ" qapıçısı ilə vidalaşdı

"Qəbələ” qapıçısı Kristof Atanqana ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

24 yaşlı kamerunlu qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Atanqana bölgə təmsilçisində 36 matç keçirib.

O, Premyer Liqada 24, Azərbaycan Kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər