"Qəbələ"nin seleksiyaçı-məşqçiləri Afrikada səfərdə olub. Fanat.az xəbər verir ki, Böyükağa Ağayevlə İsmayıl Əliyev Qanada bir neçə oyun izləyib.
Bu ölkədə məşqçilərin diqqətini 5 futbolçu cəlb edib. "Qəbələ" bu oyunçuların çıxış etdiyi klublarla danışıqlar aparmaq niyyətindədi. Komandanın məşqçilər korpusunun bəyəndiyi futbolçular qışda düşərgəyə dəvət olunacaq.
Fanat.az