"Qəbələ" portuqaliyalı vingerlə gücləndi

"Qəbələ" portuqaliyalı vingerlə gücləndi

“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Brunu Silva ilə 1+1 il müddətinə müqavilə bağlayıb.

Portuqaliyalı vinger son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib.

28 yaşlı futbolçu daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi komandaların da şərəfini qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər