"Xəzər Lənkəran"a uduzan "Qəbələ" xal itirməklə kifayətlənməyib. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syomin bu matçda əsas futbolçulardan birini itirib.
Belə ki, İbrahima Niasse cəzalı duruma düşüb. Meydana start heyətində çıxan futbolçu 36-cı dəqiqədə qeyri-idman hərəkətinə görə cəzalanıb və sarı vərəqə limitni doldurub. Bu səbəbdən o, AZALla matçı buraxacaq.
Niasse bundan əvvəl "Simurq", "Sumqayıt" və "İnter" matçlarında cəzalanmışdı.
Fanat.az