"Qəbələ" qış fasiləsində heyətini gücləndirəcək. Fanat.az xəbər verir ki, Yuri Syomin əsasən müdafiə xəttinə diqqət yetirəcək.
Bu barədə klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib: "Məşqçi qərargahı bir çox mövqeləri gücləndirmək istəyir. Xüsusən, gücləndirmə müdafiədə tələb olunur. Hələlik danışıq apardığımız konkret oyunçular yoxdu".
Klub rəsmi komandanı tərk edəcək futbolçuların artıq müəyyənləşdiyini bildirib: "Komandanı tərk edənlər də olacaq, yeni gələnlər də. Göndəriləcək oyunçuların siyahısı artıq bəllidi. Ancaq qarşıda hələ 2 tur var. Bu üzdən adları açıqlamağı düzgün saymıram".
Fanat.az