Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qəbələ"nin əvəzedici toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Luis Araqon yetirmələrini Moskva "Lokomotiv"inin gənclərdən ibarət komandası ilə oyunda sınayıb.
Tərəflər ilk hissədə heç-heçəyə razılaşsalar da, "Lokomotiv" ikinci hissədə 2 dəfə fərqlənməyi bacarıb. Rəqib qapısına yol tapa bilməyən "Qəbələ" 0:2 hesabı ilə yenilib.
Qeyd edək ki, "Qəbələ" matçın ilk hissəsində əvəzedici heyətlə, ikinci hissədə isə U-19 komandası ilə meydançaya çıxıb.
Fanat.az