"Qəbələ" "Rəvan"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, Leonardo Da Silva Bakı klubuna qarşı oynamayacaq.
Buna səbəb futbolçunun vərəqə limitini doldurması olub. AZAL-la oyunda "Qəbələ"yə qələbə qazandıran qola imza atan braziliyalı 82-ci dəqiqədə qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb və cəzalı duruma düşüb.
Qeyd edək ki, Leonardo I turda "Bakı" ilə matçın 70-ci (qeyri-idman hərəkəti), III turda "Sumqayıt"la oyunun 64-cü (fitdən sonra topa zərbə) və V turda "Xəzər Lənkəran"la görüşün 66-cı (qeyri-idman hərəkəti) dəqiqəsində sarı vərəqə almışdı.
Fanat.az