"Qəbələ" Leonardonu cərimələdi

"Qəbələ" Leonardonu cərimələdi
"Qəbələ"nin futbolçusu Leonardo Silvanın komandanın düşərgəsinə qaytımaması barədə xəbər vermişdik. Belə ki, komanda bir neçə gündü Antalyada təlim-məşq toplanışı keçsə də, braziliyalı futbolçu vətənindən təyin olunan vaxtda dönməmişdi.
Fanat.az xəbər verir ki, Leonardo artıq "Qəbələ"nin düşərgəsinə gəlib. Baş məşqçi Yuri Syominin istəyi ilə klub rəhbərliyi onu intizam qaydalarını pozduğuna görə cərimələyib. Cərimənin məbləği açıqlanmır.
Qeyd edək ki, Leonardo Premyer Liqanın 16 oyununda meydana çıxıb və 6 qol vurub. O, kubokdakı oyunda da fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər