"Qəbələ" Konqo millisinin üzvü ilə gücləndi

"Qəbələ" Konqo millisinin üzvü ilə gücləndi

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Fanat.Az xəbər verir ki, Konqo milli komandasının yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

O, ötən gün "Mingəçevir"lə yoxlama oyununda, komandasının 4:0 hesablı qələbə qazandığı matçda qol vurmaqla məşqçilərin rəğbətini qazanıb. 

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d’Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 

2023-cü ildən Konqo millisinə çağırılan Domi ölkəsinin əsas komandasında 3 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər