"Qəbələ" Keytanı heyətinə qatdı - RƏSMİ

"Qəbələ" Keytanı heyətinə qatdı - RƏSMİ

"Qəbələ" qış fasiləsində ilk transferini reallaşdırıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalayıb.

Onun son klubu "Panevejis" (Litva) olub. Keyta buna qədər "Al Tadamon" (Küveyt), "Liepaya" (Latviya), "Mölde" (Norveç) və "Diambars" (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta "Qəbələ"də 33 nömrəli formada çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər