"Qəbələ" Kamğanla nə vaxt müqavilə bağlayacaq?

"Qəbələ" Kamğanla nə vaxt müqavilə bağlayacaq?
"Qəbələ" Kamran Ağayevin transferini təsdiqləyib. Fanat.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Fariz Nəcəfov lent.az-a açıqlama verib.
 
Onun sözlərinə görə, anlaşma fevralın 1-dək rəsmiləşəcək. Nəcəfov hələlik sövdələşmənin müddətinə aydınlıq gəlmədiyini bildirib. Bununla da "Qəbələ"nin sərəncamındakı qapıçıların sayı 4-ə çatıb. Əyalət klubu mövsümə David Petrkeviç və Dieqo Kosta ilə başlayıb. Qış transfer dövründə “qara-qırmızılar” Anar Nəzirovla müqavilə bağlayıblar.
 
Belə bir məqamda Ağayevin də transferini vitse-prezident bu cür əsaslandırıb: "Kosta zədəlidi və uzun müddətə sıradan çıxıb. Onunla və Petrkeviçlə müqaviləmizin müddəti mövsümün sonunadəkdi. Hələ transferə çıxarıldığı vaxt Ağayevlə maraqlanırdıq. Sadəcə, o vaxt "Bakı" ilə transfer məbləğində razılığa gələ bilməmişdik. Bu səbəbdən, Kamran Türkiyədəki təlim-məşq toplanışımızdan kənarda qalmış, biz isə Nəzirovla müqavilə bağlamışdıq. Amma indi məsələ həllini tapıb. Biz heyətimizdə daha çox yerli oyunçuya üstünlük verməyi düşünürük".
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər