Fevralın 7-dən etibarən Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" birinci matçda İsveçrənin "Dietikon" (U-16) kollektivi ilə qarşılaşıb.
Görüşün gedişində 1:3 hesabilə geriyə düşən "Qəbələ" yekunda matçı heç-heçə ilə bitirməyi bacarıb - 4:4. "Qırmızı-qaralar"ın heyətində İlkin Abdullayev, Fərid Nəbiyev və Allahverdi Əsədov (2) fərqlənib.
"Qəbələ" növbəti sınaq oyununda fevralın 14-də Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək. Toplanış çərçivəsində son matç fevralın 17-də baş tutacaq. Təmsilçimiz Şotlandiyanın U-15 millisi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, "Qəbələ"nin Antalya toplanışı AFFA-nın dəstəyi ilə təşkil olunub. Buna səbəb komandanın ötən il sözügedən yaş qrupunda çempion olmasıdı.
Fanat.az