Antalyada hazırlıqlarına bu gün start verən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, ötən mövsüm Kiyev “Arsenal”ında çıxış etmiş Rafael Santos karyerasını Azərbaycan klubunda davam etdirəcək.
Braziliyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu artıq “qırmızı-qaralar” Antalya düşərgəsində məşqlərə başlayıb.
Qeyd edək ki, tam adı Rafael Alves dos Santos olan futbolçu 1984-cü ildə doğulub. 187 sm boya malik arxa xətt oyunçusunun son klubu Ukrayna "Arsenal"ı olub. O, 2012-ci ildəq çıxış etdiyi klubda 24 oyuqn keçirib. Santos bundan başqa Braziliyanın "Ponte-Preta", "İnternasional", "Atletiko Paranaense", "Vitoriya", "XV de Pirakikaba" və İtaliyanın "Bolonya" klublarında top qovub.
Fanat.az