"Qəbələ" ilk sınaq matçına çıxdı

"Qəbələ" ilk sınaq matçına çıxdı

"Qəbələ” qış hazırlığı çərçivəsində ilk sınaq matçına çıxıb.

Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” “Mingəçevir”lə qarşılaşıblar.

Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Kaxaber Sxadadzenin yetirmələrinin üstünlüyü ilə keçən matçın ilk yarısında iki qol vurulub. Saheed Akorede və Murad Musayev rəqib qapısına yol tapıblar.

Fasilədən sonra “Qəbələ” daha iki dəfə fərqlənib. Hər iki qolu Domi Massoumo vurub.

Beləliklə, “qırmızı-qaralar” yoxlama oyununda böyükhesablı qələbə qazanıb – 4:0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər