"Qəbələ" heyətindəki qapıçıların sayını azaldır. Fanat.az xəbər verir ki, bölgə klubu iki qolkiperlə yollarını ayıracaq.
Bunlardan biri bu mövsüm zədə səbəbindən əksər oyunlardan kənarda qalan Dieqo Kosta olacaq. "Qəbələ"ni tərk edəcək digər qapıçı isə David Pietrzkeviçdi. "Simurq"dan böyük ümidlərlə transfer edilən polşalı qolkiper artıq yeni komanda axtarışına çıxıb.
"Qəbələ" yeni mövsümdə də əsasən Kamran Ağayevə güvənəcək. Onun əvəzedicisi milli komandaya da dəvət alan Anar Nəzirov olacaq. Üçüncü qapıçı olaraq da Cavidan Hüseynzadə sifariş ediləcək.
Qeyd edək ki, David Pietrzkeviç bu mövsüm 10, Dieqo Kosta isə 9 oyunda komandanın qapısını qoruyub.
Fanat.az